"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Validə Həsənova: “Bələdiyyənin qarşısında dayanan əsas problem sənədsiz evlərlə bağlıdır”

--2022-01-28 / 15:24

“2021-ci ildə bələdiyyəmin fəaliyyətində əsaslı irəliləyişlər olub”- bu fikirləri Belediyye.infoya Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bildirib.

Sədrin sözlərinə görə, 2021-ci ildə Bibiheybət bələdiyyəsinin ümumi gəliri 28.447 manat, xərci isə 25952 manat olmuşdur. əmlak, torpaq vergisi, mehmanxana və sanatoriya-kurort ödənişləri, icarə haqqları və dotasiya(3500 manat) bələdiyyənin illik büdcəsini təşkil edib. Maddi yardımlar, mədəni kutləvi tədbirlər,  əmək haqqı ödənişləri və digər idarəetmə xərcləri birlikdə bələdiyyənin xərclərini təşkil edir. Ötən il bələdiyyə olaraq illərnən yığa bilmədiyimiz vergi borclarının yığılmasına nail olmuşuq. Bəli,digər qəsəbə şəhər bələdiyyələrinə baxanda bizim büdcəmiz az ola bilər. Ancaq nəzərə alaq ki son 10 ildə bu rəqəmlər ilk dəfə olaraq Bibiheybət bələdiyyəsinin hesabatında yazılır. Ona görə ptən ili bizim üçün uğurlu hesab etmək olar.

Cari ildə də fəaliyyətimizi bu istiqamətdə irəliləyərək daha böyük uğurlar qazanmağa yönəldəcəyik.

Sədrin fikrincə, digər ölkələrdən fərqli olaraq Azərbaycanda bələdiyyələrin vəziyyəti onların maliyyəsini və hesabatlarını gizlədiləcək dərəcədə deyil. Hər bir bələdiyyə kimi bizdə də yarımillik və illik hesabatlar hər kəsə açıq şəkildə təqdim olunur,əhalinin tanış olması üçün elan və rəsmi saytlarda paylaşılır.

-Cari ildə bələdiyyənizin maliyyə durumunun yaxşılaşması üçün hansı layihələri gerçəkləşdirmək istərdiniz?

- Ümumiyyətlə, qanunvericilkdə bələdiyyələrə aid olan hər bir məsələnin həllini tapmasını istərdik. Amma təbii ki bugun bələdiyyə gəlirlərinə təsir göstərəcək əsas məsələ, bütün bələdiyyələrin qarşısında dayanan əsas problem sənədsiz evlərlə baglıdır. Çox təəssüf ki, şəhərin mərkəzi rayonu olan Səbail rayonunda sənədsiz evlər çoxdur. Büdcəsinin əsasını yerli vergilər təşkil edən qurum ilk öncə bu məsələnin həllini istəyir. Bələdiyyə fəaliyyətinin özləri tərəfindən deyil, yüksək orqanlar tərəfindən təbliğatı-bələdiyyə vergilərinin vacibliyi haqqında vətəndaşın maarifləndirilməsi; bələdiyyə vergiləri ilə bağlı reklam lövhələri; reklam çarxlarının yayılması; insanlarda “bələdiyyə-torpaqsatan qurum” fikrinin dəyişdirilməsi məsələlərinin öz həllini tapmasını istərdik.

 Belediyye.info

ŞƏRHLƏR